Məhsullar

Detal Səhifə

Rəqəmsal İncəsənət

Ənənəvi fotoqrafiya və videoqrafiya həm çəkiliş, həm də istehsalat yönündən çətin və bahalı olduğundan bir o qədər də geniş yayılmamışdır. Lakin texnologiyanın inkişafı bu sahədə də inqilabi dəyişikliklərə gətirib çıxarmışdır – avadanlıqlar yayğınlaşmış, kompüterlər vasitəsi ilə foto və videoların işlənməsi asanlaşmışdır.

Rəqəmsal Fotoqrafiya və Videoqrafiya

12 – 17 yaşlı şagirdlərə Bakı şəhərində 2 fərqli ünvanda özünəməxsus kurikulum ilə fotoqrafiya 17, videoqrafiya isə 16 modulda tədris olunur. Dərslərdə şagirdlər:

  • Fotoqqrafiya və videoqrafiyanın ilkin baza biliklərinə yiyələnir və əsas qaydalarını öyrənir
  • Fotoqrafiyanın portret, mənzərə, küçə, arxitektura, gecə, məhsul, tədbir və s. kimi janrlarında biliklər əldə edir
  • Video çəkilişlərin mərhələlərini, habelə çəkilişlərdə düzgün bucaq və məsafə seçimini öyrənir
  • Çəkiliş zamanı təbii işıqdan və flaşla işıqlandırmadan düzgün istifadə edə bilir
  • Nəzəri bilikləri praktiki dərslərdə tətbiq edərək bacarıqlarını təkmilləşdirir
  • Post-Production: Montaj proqramları ilə rəng, işıq, ekspozisiya və s. kimi korreksiyaları, həmçinin foto və videoları motaj etməyi öyrənirlər.

Dərslər aylıq 8 dərsdən ibarət olaraq 2 fərqli vaxt formatında təşkil edilir.

  1. Həftə içi günlərdə 50 dəqiqədən ibarət nəzəri olaraq 1 dərs,
  2. Həftə sonu hər biri 50 dəqiqədən ibarət praktiki olaraq 2 qoşa dərs.

Bütün modulları uğurla bitirən şagirdə sertifikat və nailiyyət nişanı təqdim edilir. Dərslər 5 – 10 nəfərlik qruplarda peşəkar təlimçilər tərəfində tədris edilir.