Məhsullar

Detal Səhifə

Robotika

Təhsilə robotların cəlb edilməsi yarım əsrdir ki, təhsil idarəçilərinin gündəliyindədir. Lakin robot resurslarının həddən artıq baha olması səbəbi ilə onları kütləvi formada təhsil sahəsinə inteqrasiya etmək mümkün olmayıb. 90-cı illərdən sonra informasiya texnologiyaları sahəsində baş verən sıçrayış robototexnika sahəsinə də öz müsbət təsirini göstərmişdir. Robot resurslarının ucuzlaşması təhsil robotlarının formalaşmasına gətirib çıxarmışdır.

Robotların təhsil sahəsində istifadəsi bir çox yöndən maraqlıdır:

  • Sıxıcı proqramlaşdırma dərslərini interaktiv formada tədris edilməsinə şərait yaradır
  • Müxtəlif fənnlərin inteqrasiyalı formada tədrisinə imkan yaradır
  • Tədris kurikulumunun toxunaraq öyrənmə yanaşması ilə hazırlanması şagirdlərin öyrənmə prosesini daha da gücləndirir
  • Layihə əsaslı öyrənmə metodu bilikləri daha sağlam və qalıcı edir.

ROBOKIDS

Bakı və Sumqayıt şəhərlərində 10 fərqli nöqtədə 4 – 8 yaşlı şagirdlərə dünyaca məşhur LEGO robot dəstləri ilə dərslər tədris edirik. Dərslərdə məqsəd şagirdlərin:

  • yaradıcı təfəkkürünü
  • problem həll etmə bacarığını
  • kodlaşdırma(proqramlaşdırma) bacarıqlarını
  • sosial bacarıqları
  • əl-göz koordinasiyasını
  • analitik düşüncəni

İNKİŞAF ETDİRMƏKDİR.

Dərslər aylıq 8 təlimdən ibarət modullar olaraq 2  fərqli vaxt formatında təşkil edilir.

  1. Həftə içi günlərdə hər biri 50 dəqiqədən ibarət 2 dərs,
  2. Həftə sonu hər biri 50 dəqiqədən ibarət 2 qoşa dərs.

Hər modulu uğurla bitirən şagirdə sertifikat və nailiyyət nişanı təqdim edilir. Dərslər 5 – 10 nəfərlik qruplarda peşəkar təlimçilər tərəfində aparılır.

ROBOJUNIOR

9 – 15 yaşlı şagirdlərə Bakı şəhərində 2 fərqli ünvanda dünyaca məşhur LEGO və VEX robot dəstləri ilə robotika dərsləri tədris edirik. Dərslərdə şagirdlər:

  1. Qrupla işləmə bacarığını əldə edir
  2. Problemlərə fərqli yanaşma və yaradıcı təfəkkürü inkişaf etdirir
  3. Müxtəlif proqramlarla qurğuları idarə etmə bacarığına yiyələnir
  4. Təqdimat bacarığını təkmilləşdirir

Dərslər aylı 8 təlimdən ibarət modullar olaraq 2  fərqli vaxt formatında təşkil edilir.

  1. Həftə içi günlərdə hər biri 50 dəqiqədən ibarət 2 dərs,
  2. Həftə sonu hər biri 50 dəqiqədən ibarət 2 qoşa dərs.

Hər modulu uğurla bitirən şagirdə sertifikat və nailiyyət nişanı təqdim edilir. Dərslər 5 – 10 nəfərlik qruplarda peşəkar təlimçilər tərəfində aparılır.

RoboJunior üzrə tədrisə qoşulan şagirdlərin istəkdən aslı olaraq robotika istiqamətində ölkə daxili və beynəlxalq olimpiadalara hazırlığı təşkil edilir.

ROBOSENIOR

13 – 17 yaşlı şagirdlərə Bakı şəhərində 2 fərqli ünvanda Arduino dəstləri ilə robotika dərsləri tədris edirik. Dərslərdə şagirdlər:

  • Elektrik-elektronik qurğularla işləməyi öyrənir.
  • C++ proqramlaşdırma dili ilə elektrik-elektronik qurğuları hərəkətə gətirməyi bacarır
  • Layihə əsaslı öyrənmə (Project-based learning) yanaşması ilə layihələr qurur.

Dərslər aylıq 8 dərsdən ibarət modullar olaraq 2  fərqli vaxt formatında təşkil edilir.

  1. Həftə içi günlərdə hər biri 50 dəqiqədən ibarət 2 dərs,
  2. Həftə sonu hər biri 50 dəqiqədən ibarət 2 qoşa dərs.

Hər modulu uğurla bitirən şagirdə sertifikat və nailiyyət nişanı təqdim edilir. Dərslər 5 – 10 nəfərlik qruplarda peşəkar təlimçilər tərəfində aparılır.

RoboSenior üzrə tədrisə qoşulan şagirdlər istəkdən aslı olaraq robotika istiqamətində ölkə daxili və beynəlxalq olimpiadalara hazırlığı təşkil edilir.