Məhsullarımız

Məhsullarımız

Hər kəs üçün STEAM həlli

Şagirdlər orta məktəb yaşına gəldikdə onlarda artıq təbiət və riyaziyyat fənnlərinin maraqlı olub olmaması ilə bağlı fikir formalaşır. Biz bu səbəbdən erkən yaşlardan STEAM fənnlərin əyləncəli tədrisini təklif edirik. VEX ekosistemi məktəbəqədər yaşlardan başlayaraq universitet illərinə qədər bütün yaş qrupunu əhatə edir.

Məktəbəqədər - II siniflər

VEX 123 kompüter elmləri və alqoritmik düşüncəni ekrandan uzaq və toxunaraq öyrənməyə şərait yaradan interaktiv, proqramlaşdırılan robotdur. VEX 123 bağça və məktəbə yenicə başlayan şagirdlər üçün düşünmə bacarıqları, riyaziyyatı öyrənmək, fikirlərini ifadə etmək və dostları ilə ünsiyyət qurmaq üçün yeni və maraqlı yol təqdim edir. Onlar sadə istifadəçilərdən fərqli olaraq texnologiyanın yaradıcısı olmağa başlayırlar.

III-V siniflər

Uşaqların təbii maraqlarına toxunan sərfəli STEM sistemi. VEX GO uşaqlar üçün uyğunlaşdırılmış VEX plastik konstruktor sistemindən istifadə edir. VEX GO-nun əlçatanlığı gənc şagirdlərə araşdırmaq, səhv etmək və yenidən cəhd etmək imkanı verir. O həmçinin, gənc zehinlərin hələ də öz potensiallarına açıq olduğu bir yaşda tənqidi yanaşmaya təşviq edir.

V – VIII siniflər

VEX IQ istifadəsi asan olan konstruktor sistemi və əlçatan texnologiyası vasitəsilə yaradıcılığı təşviq edir. VEX IQ təcrübəsiz istifadəçilərə tez bir zamanda uğur əldə etmək şansını təmin etmək, eyni zamanda daha qabaqcıl istifadəçilərə daim meydan oxumaq üçün sıfırdan hazırlanmış bir-birinə birləşdirilən robototexnika sistemidir.

IX+ siniflər

VEX V5 həm sinif otaqlarında, həm də yarışlarda qüsursuz işləmək üçün mütəxəssislər tərəfindən uyğunlaşdırılmış qabaqcıl texnologiyanı ehtiva edir. Bu sistem təcrübəli istifadəçilərə limitsiz dizayn imkanları təqdim etməklə yanaşı, təcrübəsiz istifadəçilər üçün mühəndislik uğursuzluğunu aradan qaldıran çox istiqamətli sistemdir.