Məqalələr

Detal Səhifə

Dünəndən bu günə robotlar

27.01.2020

Müəllif: Sahil Əliyev

“Robot” sözü necə formalaşdı?

Robot sözü çex dilində “Robota” sözündən gəlir və "məcburi əmək" deməkdir. İlk dəfə Çex yazıçısı Karel Sapek (Karel Čapek) tərəfindən 1920-ci illərdə 'Rossumun Universal Robotu' əsərində bir personajı ifadə etmək üçün istifadə edilmişdir (Wikipedia, 2019).

Tədqiqatlara görə, əcdadlarımız qədim Yunan dövrlərindən bəri mexaniki qurğular yaradıblar. Bilinən ilk robotu 1206-cı ildə “Robotikanın atası” adlandırılan müsəlman mühəndis və ixtiraçı İsmayıl Əl-Cazari tərəfindən yaradıldığı bilinir.

İsmayıl Əl-Cəzari kimdir?

İslamın Qızıl Dövründə (İslam Rezenanası Dövründə) 1136-cı ildə indiki Türkiyə ərazisindəki Cizrədə anadan olmuş İsmayıl Əl-Cəzari alim, ixtiraçı, mexanika mühəndisi, sənətkar, rəssam və riyaziyyatçı idi. Artuqlu bəyliyi (Səlcuqlar dövləti) sarayında əvvəllər atası kimi baş mühəndis vəzifəsində çalışırdı. Əsərləri dövrümüzədək gəlib çatmasına baxmayaraq, şəxsi həyatı haqqında demək olar ki şəxsi həyatı haqqında heç bir məlumat yoxdur.

Ölümündən sonra 1206-cı ildə nəşr olunan “Əsrarəngiz Mexaniki Cihazların Bilik kitabı” – “Kitāb fī ma 'rifət əl-xiyal əl-həndəsiyyə (The Book of Knowledge of Ingenious Mechanical Devices – ingilis dilində) kitab olduqca populyarlaşdı və "Özünüz edin" (do it yourself) fəlsəfəsini formalaşdıran ilk əsər hesab olunur. İsmayıl Əl-Cəzari nəzəriyyə və ya bunun arxasında dayanan texnologiya ilə deyil, mexaniki bir cihaz qurmaq üçün lazım olan sənətkarlıqla daha çox maraqlanırdı. İnkişaf etdirməyə və yeniliklərə meyilli olan İsmayıl əl Cəzari həm özünün, həm də özündən əvvəlki digər ixtiraçıların əsərlərindən ilham alıb onları cəmləşdirən kitab tərtib etmişdir. Həmin kitabda yüzdən artıq qurğu və onların qurulması üçün təlimatlar toplanmışdır. (Nadarajan, 2007). Kitabın bilinən ən qədim nüsxəsi dünyaca məşhur Oksfor universitetinin muzayində saxlanılır. Kitabıın ingilis dilinə tərcümə edilmiş versiyasını hazırda Amazon saytından əldə etmək mümkündür.

Hər kəs dahi şəxsiyyət Da Vinçinin ixtiralarından xəbərdar olsa da, çox az adam onun Əl-Cəzarinin işləri və ixtiralarından ilhamlandığını bilir. Əl Cəzari hidravlik prinsiplər əsasında işləyən hərəkətli tovuz quşu qayıqları, avtomatik qapı və çox avtomatlaşdırılmış mexanizmlər qurmuşdur.

Onun ən detallı hazırlanmış robotlarından biri “Musiqi robot qrupu" qurğusu idi. O , üzərində  müsiqiçi robotu olan və göldə üzən bir qayıq idi. Bu, ilk proqramlaşdırılmış avtonom qurğu hesab edilir.

Təhsil robotları

İlk təhsil/oyuncaq robota ikinci dünya müharibəsi başa çatdıqdan sonra, 1940-cı illərin ortalarına təsadüf etmək olar. “The Kuramoçi Şoten” Şirkəti tərəfindən istehsal olunan və “Lilliput” adlanan robot sarı qutu formalı, saatlı oyuncaq idi (Huges, 2013).

Gündəlik həyatda və istehsal müəsisələrində  oynadıqları mühüm rolları səbəbindən robotlara olan maraq artdı, kitabları və filmləri bəzəməyə başladı. Yaranmış maraq oyuncaq istesalatçılarının diqqətindən yayınmadı və nəticədə LEGO kimi nəhəng oyuncaq istehsalatçıları təhsil və oyun məqsədli robotlar istehsal etməyə başladılar.

Texnlogiya sahəsindəki sürətli irəliləyiş robotları müxtəlif məqsədli və ya təyinatlı və qiymət olaraq daha əlçatan etdi. Hal-hazırda uşaqlar üçün robot oyuncaqlar yalnız əylənmək üçün deyil, eyni zamanda təhsil məqsədləri üçün də istifadə olunur. STEAM sahələri hərzamankından daha çox insanların diqqətini cəlb edir , valideynlər və müəllimlər kiçik yaşlı uşaqlara STEAM təhsilinə erkən başlamağın yollarını axtarırlar.

Tədqiqatlar göstərir ki, təhsil robotları monoton rəqəmsal təlim prosesini uşaqlar üçün əlverişli hala gətirməyə kömək edir , maraq və məhsuldarlığı xeyli artırır. Əlavə olaraq , təhsil robotları ilə oynamaq uşaqların istedad və bacarıqlarını ortaya çıxarmaq üçün əla yoldur. Tədqiqatlar göstərir ki, autizmli uşaqlar robotlarla daha asan ünsiyyət qurur və robotların ardıcıl və sakit təbiətinə görə onlara daha yaxşı cavab verirlər.

References

Huges, C. S. (2013, December 30). Books. Bu Nerdalicious: http://nerdalicious.com.au/books/robot-lilliput-5357/ mənbədən tapılıb

Nadarajan, P. G. (2007). A Reading of Al Jazari's The Book of Knowledge of Ingenious Mechanical Devices (1206). Foundation for Science Technology and Civilisation.

Wikipedia. (2019, January 17). Robot. Bu Wikipedia: https://en.wikipedia.org/wiki/Robot mənbədən tapılı