Məqalələr

Detal Səhifə

Ən yaxşı video dərs müsabiqəsinin bağlanış mərasimi keçirildi.

14.10.2020

Ən yaxşı video dərs müsabiqəsinin bağlanış mərasimi keçirildi.
Qlobal pandemiya fonunda bir çox dünya ölkələrində həmçinin Azərbaycanda da təhsilin sürətli şəkildə transformasiya etməsi ilə ölkə ərazisində onlayn təhsil sistemi tətbiq edilməyə başlandı. Bu stresli günlərdə müəllimləri motivasiya etmək və təhsilin keyfiyyətini artırmağa töhfə vermək məqsədi ilə “Ən yaxşı video dərs” müsabiqəsi təşkil edildi. 
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün orta məktəb müəllimləri üçün təşkil edilmiş müsabiqənin  təşkliatçıları, respublikamızın ən böyük təhsil şirkətlərindən biri olan “Kaspi” Təhsil Şirkəti, “STEMART Academy” məktəblilər üçün robotika və kodlaşdırma mərkəzi, müəllim təlimləri üzrə ixtisaslaşmış Peşəkar Təlim və İnkişaf Mərkəzi (PTİM) və təhsilin informasiyalaşdırılması, elektron məzmun və təhsilin digər sahələrində xidmət göstərən İnnovative Business Products MMC şirkətləri idi.
Müsabiqənin əsas məqsədləri Azərbaycan müəllimlərinin video dərs hazırlama bacarıqlarını inkişafını stimullaşdırmaq, müəllimlərin təhsil prosesində İKT-dən istifadə bacarıqlarını inkişaf etdirməyə həvəsləndirmək, müəllimlər arasında video dərs hazırlama sahəsindəki qabaqcıl təcrübənin paylaşılması, eyni zamanda bu video dərslərin əlavə tədris resursları kimi Azərbaycan məktəblilərinin pulsuz istifadəsinə verilməsi idi. 
Mayın 2-sindən etibarən start götürən müsabiqənin 28 Avqustda bağlanış mərasimi keçirildi. Mərasimdə ən yaxşı 10 dərsin sahibləri və Hər dörd təşkilatın rəhbər heyyəti iştirak edirdi.
Müsabiqədə iştirak edən və müsabiqənin bütün mərhələlərindən uğurla keçən müəllimlər fərqlənmə və iştirakçı sertifikatları ilə təltif edildilər. 
Digər dərslərdən həm texniki həmdə elmi pedaqoji baxımdan fərqlənən ən yaxşı üç dərs uyğun olaraq, 300, 500 və 700AZN məbləğində pul mükafatı ilə təltif olundu. 
Müsabiqə iştirakçılarına yarışa qatdıqları dəyərə görə təşəkkür edirik.