Məqalələr

Detal Səhifə

"Ən yaxşı video dərs" müsabiqəsi 2020 Press reliz

08.05.2020

Distant təhsil alətləri dünyda və ölkəmizdə uzun illərdir mövcuddur və onun yaratmış olduğu imkanlar hər zaman müzakirə mövzusu olmuşdur. Bildiyiniz kimi məlum pandemiyanın yayılması səbəbiylə bütün sahələr üzrə distant alətlərə olan tələbin aktuallığı bütün dünyada, eləcədə ölkəmizdə yüksək sürətlə artmağa başlamışdır. Xüsuilə təhsil sahəsində istər dövlət və istərsə də özəl sektorda bütün yaş qrupları üzrə çalışan müəllimlər distant təhsil alətlərindən müəyyən səviyyədə istifadə etməyə başladılar.
Amma təəssüf hissi ilə bildirməliyik ki, bu alətlərdən ölkəmizdəki bütün müəllimlərin istifadə edə bilmədiyi hamımıza məlumdur.

2 may 2020-ci il tarixində “Kaspi” Təhsil Şirkəti, PTİM (Peşəkar Təlim və İmtahan Mərkəzi), IBP (Innovative Business Products) MMC, STEMART Academy-nin təşkilatçılığı ilə müəllimlərin distan təhsil alətlərindən istifadəsinin stimullaşdırılması və təkminləşdirilməsi, distant dərslər bazasının formalaşdırılaması və qabaqcıl təcrübələrin geniş kütlələrə paylaşılamsı məqsədilə “Ən yaxşı video dərs” adlı müsabiqəyə star verilib.

Müsabiqəyə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün orta məktəb müəllimləri iştirak edə biləcəklər. Namizədlər hazırladıqları video dərsi youtube kanalına yükləyərək linki kaspi.edu.az/videoders2020  saytındakı forma əlavə etməlidirlər.
Təşkilatçı qrupun təyin etdiyi münsiflər heyəti tərəfindən qiymətləndirilir. Qaliblər müəyyən edildikdən sonra onların mükafatlandırma mərasiminə dəvət olunacaqlar. I, II, III yeri tutmuş iştirakçılara Diplom və Pul mükafatı veriləcək. Bütün iştirak edib yer tuta bilməyən namizədlərə yarışda iştirak etməsini bildirən Sertifikat veriləcək.
“Ən yaxşı video dərs” müsabiqəsinin Final (mükafatlandırma) mərhələsi iyun ayının 10-da keçiriləcək.