Məqalələr

Detal Səhifə

Şagirdlərimiz beynəlxalq İKT olimpiadasının "Dünya Finalı" da Azərbaycanı təmsil etmə hüququ qazandı!

21.02.2020

Beynəlxalq İKT olimpiadası hər il ənənəvi olaraq Rumıniyanın paytaxtı Buxarest şəhərində təşkil edilir. İştirakçılar İKT sahəsi ilə əlaqəli 11 fərqli kateqoriya üzrə öz biliklərini sınayırlar. Layihələrin qeydiyyatı ilkin mərhələdə internet üzərindən aparılır. Tələbləri qarşılayan və fərqlənən layihələr “Dünya finalı”na vəsiqə qazanır. Fərqlənənlər medal, diplomlar və müxtəlif hədiyyələrlə təltif edilirlər. Şagirdlərimizin olimpiadaya hazırlığı noyabr ayından etibarən başlanmışdır. Nəzəri və praktiki dərslərdə bilikləri möhkəmləndirilən şagirdlər daha sonra olimpiada istiqamətində öz layihələrini formalaşdırmağa başladılar. Yanvar ayında layihələr olimpiada komitəsinə internet vasitəsilə təqdim edildi və 4 fərqli kateqoriya üzrə 10 layihə “Dünya Finalı”a iştirak etmək üçün dəvət aldı. Bu il olimpiadaya 46 ölkədən 1016 nəfər 495 layihə ilə iştirak edir. Hazırda şagirdlərin olimpiada istiqamətində intensiv hazırlığı davam edir. Uğurlarımızdan xəbərdar
olmaq üçün bizi izləməyə davam edin.