Məqalələr

Detal Səhifə

Beynəlxalq "Dahilər" (GENİUS) layihə olimpiadasına müraciətlər başlamışdır.

04.02.2020

Beynəlxalq “Dahilər” (GENİUS) layihə olimpiadasına müraciətlər başlamışdır.

 

“Dahilər” (GENİUS) layihə olimpiadası hər il ABŞ-ın Nyu York ştatında keçirilən dünya miqyaslı tədbirdir və əsas məqsədi ətraf mühit məslələrinə diqqət kəçərək məktəblilərdə şüurluluğu artırmaqdır.

2019-cu ildə bu olimpiadada dünyanın 80 ölkəsindən və ABŞ-ın 40 ştatından 2000-dən çox məktəbli iştirak etmişdir. 10 illik yubileyini qeyd edən olimpiadaya Roçester Texnologiya İnstitutu (The Rochester Institute of Technology) ev sahibliyi edir.

Olimpiadada iştirak edən şagirdlər 7 fərqli kateqorya üzrə öz bacarıqlarını sınayırlar.

  1. Elmi layihələr kateqoryası – şagirdlərdən elmi biliklərdən və  metodlardan istifadə edərək ekoloji problemlərin həllini təqdim etmələri gözlənilir.
  2. Kreativ Məqalə  - şagirdlər qlobal ekoloji problemlər haqqında şüurluluğu artırmaq  üçün yazıdan istifadə edərək ictimaiyyəti həll istiqamətində fəaliyyətə səsləyir.
  3. Biznes – şagirdlərdən qlobal ətraf mühit məsələlərinə biznes-həll təklifləri hazırlamaları gözlənilir.
  4. Robotika – şagirdlərdə mühəndislik və texnologiyanın ətraf mühit məsələlərində oynadığı əhəmiyyətli rol barəsində fikir yaratmaq məqsədi ilə dizayn olunmuş yarışdır. Yarışda şagirdlərin qarşınısa qoyulan qlobal ətraf mühit məsələlərinə robot texnologiyasından istifafə edərək öz həllərini hazırlayıb tətbiq etmələri gözlənilir.
  5. İncəsənət -  qlobal ekoloji problemlərə incəsənətlə isyifadə edərək diqqət çəkmək tələb olunur.
  6. Musiqi – şagirdlərdən musiqi performanslarıyla ictimayətin qəlbinə toxunaraq onlarda şüurluluğu artırmağı gözlənilir.
  7. Qısa Film – şagirdlərdən qlobal ətraf mühit məsələlərinə təqribi 6 dəqiqəlik qısa filimlərlə işıq tutmaları tələb olunur.

Qeyd etmək lazımdır ki, əksər nüfuzlu universitetlər (Avropa, ABŞ) şagirdlərin qəbulu zamanı beyləxalq layihə olimpiadaları iştirakçılarına və qaliblərinə xüsusi imtiyazlar tanıyır.

STEMART komandası olaraq 2017-ci ildə bəri “Dahilər” olimpiadasına hazırlıqlar təşkil edirik. Qürurla bildiririk ki, 3 il ard-arda hazırlığını təşkil etdiyimiz şagirdlər ümumilikdə 5 qızıl, 3 gümüş, 6 bürünc və 6 həvəsləndirici diplomla təltif olunublar.

2020-ci il üçün artıq ilkin müraciətlər başlanıb. Təcrübəli komandamız sizlərə hazırlıq, qeydiyyat, vizaların alınması, səfərin planlaşdırılması və səfər zamanı müşayiət etməyə hazırdır. 

Müaciət üçün əlaqə bölməsindən istifadə edərək bizə yaza, yaxud telefonla ilə bizlə əlaqə yarada bilərsiniz. 

Qeyd etmək istərdik ki, olimpiadaya son müraciət tarixi 25 fevraldır.