Tədbirlər

Detal Səhifə

STEMART BETT sərgisində

28.01.2020

Şirkətimizin direktoru Sahil Əliyev 22 – 25 yanvar 2020-ci il tarixləri arasında İngiltərənin paytaxtı Londonda təşkil edilən BETT 2020 sərgisində iştirak edəcək.

BETT -The British Educational Training and Technology (Britaniya Təhsil Təlim və Texnologiya sərgisi) hər il təhsil sahəsində 140-dan çox ölkədən özəl və dövlət sektorundan olan peşəkarları bir araya gətirən beynəlxalq bir tədbirdir. Sərgi müddəti ərzində iştirakçılar yeni təhsil trendləri və məhsulları ilə yaxından tanış olur, peşəkar əlaqələr yaratma imkanları əldə edir,  seminar, təhsilin gələcəyi ilə bağlı müxtəlif müzakirələr və diskussiyalarda iştirak edirlər.

BETT 2020 sərgisinə bu il 34000 təhsil içşisi və rəhbərləri, 800-dən çox təhsil texnologiyaları təminatçısı və 300-dən çox təhsil sahəsi üzrə qlobal influenser iştirak edir (www.bettshow.com).

Səfər çərçivəsində təhsil texnologiyaları sahəsində fəaliyyət göstərən bir neçə dünya miqyaslı şirkətlə əməkdaşlıq görüşləri və sazişləri planlaşdırılır.