Tədbirlər

Detal Səhifə

Robofest 2022

15.03.2022
Ümumi qaydalar və tənzimləmələr
Bu müsabiqədə iştirak etmək üçün sizin aşağıdakı qaydalarla tanış olmağınız vacibdir.
1. İcbari saziş
Müsabiqəyə qatılmaq üçün aşağıdakı qaydalarla razılaşmalısınız. Buna görə də, qeydiyyatdan əvvəl qaydaları oxuyun. Bu qaydalar sizinlə Robofest arasında müsabiqə ilə bağlı məcburi hüquqi müqavilədir.
2. Robofest-ə kim qoşula bilər?
Dünyanın istənilən nöqtəsindən 7-17 yaşlı şagirdlər komanda yaradaraq Robofest-də iştirak edə bilər. Komanda rəhbərləri 18 yaşdan yuxarı olan hər kəs ola bilər. İştirakçı və komanda rəhbəri iki fərqli roldur və eyniləşdirilə bilməz. Bir komanda rəhbəri bir neçə komandaya rəhbərlik edə bilər.
3. Qeydiyyat ödənişi
Robofest-də iştirak hər bir iştirakçı üçün 20 AZN təşkil edir və qaytarılmayan məbləğdir. Qeydiyyat ödənişi yarışın təşkilində istifadə edilir. Əldə olunan gəlir “Yaşat fondu”-na köçürüləcək. 
4. Necə daxil olmaq olar?
Müsabiqədə iştirak etmək üçün komanda rəhbəri https://forms.gle/sfbQtrAuxjpZyKCz8 keçidinə daxil olaraq komanda üzvünü və ya üzvlərini qeydiyyatdan keçirməlidir.
5. Yarışa seçim mərhələsi
Qeydiyyatdan keçən və hər bir iştirakçı üçün (komanda rəhbəri istisna olmaqla) qeydiyyat haqqını ödəmiş bütün komandalar “Robofest”-də yarışda iştirak edə bilər. Bununla belə, robotu verilən meyarlara uyğun qurmaq iştirakçının üzərinə düşür. Bu kateqoriyada hər hansı meyara cavab verilməməsi komandanın diskvalifikasiyası ilə nəticələnə bilər. Bu yoxlama “Robofest”-də inspeksiya zamanı həyata keçiriləcək.
6. Mükafatlar
Mükafatlar sosial şəbəkə hesablarımızda elan ediləcəkdir. Bizi izləməyə davam edin :)
7. Ümumi Şərtlər
Ölkəmizdəki pandemiya ilə mübarizə qaydaları yarış üçün keçərlidir. Yarışdakı hər kəs tibbi maskalardan istifadə etməli və 18 yaşından yuxarı olanlar COVID 19 əleyhinə vaksin pasportu qüvvədə olmalıdır. “Robofest” hər hansı iştirakçını müsabiqədən kənarlaşdırmaq hüququnu özündə saxlayır. Aşağıdakı hallar yarışdan kənarlaşdırılma üçün əsas hesab olunur:
  • fırıldaq, aldatma və ya digər ədalətsiz oyun praktikaları ilə müsabiqənin qanuni fəaliyyətinə xələl gətirməyə cəhd etmək
  • Digər iştirakçıları qıcıqlandırmaq, sui-istifadə etmək, hədələmək 
  • Robofest-ə, sponsorlara, tərəfdaşlara, əlaqəli qurumlara ziyan vurmaq 
  • Digər iştirakçılarıa, nəzarətçilərə və ya hakimlərə qarşı kobud rəftar.
8. Məxfilik
İştirakçı razılaşır ki, “Robofest” ad, soyad, telefon nömrəsi və e-poçt ünvanı daxil olmaqla qeydiyyat prosesi və müsabiqə zamanı təqdim olunan şəxsiyyəti müəyyən edən məlumatları toplaya, saxlaya, paylaşa və başqa şəkildə istifadə edə bilər. “Robofest” bu məlumatdan, o cümlədən müsabiqənin idarə edilməsi və iştirakçının şəxsiyyətini, poçt ünvanını və telefon nömrəsini yoxlamaq üçün istifadə edəcək.
İştirakçı qeydiyyat zamanı tələb olunan icbari məlumatları təqdim etmədikdə, “Robofest” diskvalifikasiya etmək hüququnu özündə saxlayır.
İştirakçı müəyyənləşdirilmiş müddət ərzində info@stemart.az  e-poçt ünvanı vasitəsilə “Robofest” -ə yazaraq müsabiqə ilə əlaqədar “Robofest” -in saxladığı hər hansı şəxsi məlumatlara daxil olmaq, nəzərdən keçirmək, düzəltmək və ya silinməsini tələb etmək hüququna malikdir .
9. Reklam
Mükafatı qəbul etməklə iştirakçı, qanunla qadağan edilmədiyi təqdirdə, sponsor/tərəfdaş və onun agentlikləri tərəfindən əlavə təzminat ödəmədən onun adının və layihəsinin reklam və tanıtım məqsədləri üçün istifadəsinə razılıq verir.
10. Eliminasiya
Müsabiqə kontekstində hər hansı bir iştirakçı tərəfindən şəxsiyyət vəsiqəsi, məlumatları, telefon nömrəsi, e-poçt ünvanı və ya bu kimi şeylərə aid hər hansı yanlış məlumat iştirakçının dərhal müsabiqədən kənarlaşdırılması ilə nəticələnə bilər. 
11. Yarış qaydalarının dəyişdirilməsi
Yarış qaydalarında hər hansı hissənin dəyişdirilməsi mümkündür. Buna görə də qaydaların sizin tərəfinizdən mütəmadi yoxlanmasını tövsiyə edirik. 
12. Komanda iştirakçılarının dəyişdirilməsi
Yarışa bir həftə qalanadək ,hər hansı səbəbdən komandadakı şagirdlərin dəyişdirilməsi mümkündür. Bunun üçün “Robofest” –lə əlaqə saxlamalı və məlumat verərək komandanızı yeniləyə bilərsiniz.  
 

Lego Sumo (7-12 yaş) (13-17 yaş)

Haqqında:
“Lego Sumo” - yalnız Lego Mindstorms (NXT və ya EV3) ilə qurulan iki robotun bir – birini arenadan çıxarmağa çalışan yarışmadır. “Sumo-botlar” kimi tanınan robotlar sensorlar, motorlar, ağıllı proqramlaşdırma və taktikalardan istifadə edərək rəqib robotla mübarizə aparır. 
Arena:
Arena 77 sm diametrli dairə şəklində taxta və ya plastik materialdan hazırlanır. Masadan hündürlüyü 1-5 sm arasında dəyişir. Səthi qara rəngdə, kənarları isə 2.5 sm ağ rəngli zolaqdan ibarətdir. 
Robotların yarışa başlama yerləri ancaq şəkildə göstərildiyi kimi ola bilər. 

Robotlara qoyulan məhdudiyyətlər:
Hündürlüyü: Limitsiz
Eni: 15 sm
Uzunluğu: 15 sm
Çəkisi: 1000 qr
Brick (beyin) sayı: 1 ədəd
Hərəkət növü: Avtonom (kənardan idarə edilə bilməz)
Başlama müddəti: 5 saniyə - Başla əmrindən 5 saniyə sonra hərəkətə başlaya bilər
Detallar: Yalnız Lego Mindstorms (NXT və ya EV3)–rəsmi (original) detalları istifadə edilə bilər
 
 
Qaydalar: 
  1. Robotlar döyüşə başlamazdan əvvəl qarşı qarşıya qoyulmalıdır və bu zaman robotun bir hissəsi ağ xəttə toxunmalıdır.
  2. Robot ringə yerləşdirilən zaman ağ haşiyəniqismən də olsa örtməlidir. Robotlar yerləşdirildikdən sonra tərpədilə və yeri dəyişdirilə bilməz.
  3. Hər iki robot yerləşdirildikdən sonra hakim start siqnalı verir. Sonra rəqiblərə robotlarının başlanğıc düymələrini basmağa icazə verilir. Bu, yarışmanın sonuna qədər edilən son xarici müdaxilədir.
  4. Başlanğıc düyməsinə basıldıqdan sora robotlar tam 5 saniyə gözləməlidirlər. Erkən başlanğıc səhv bir başlanğıc sayılır 2 dəfə xəbərdarlıq dan sonra eyni hal təkrarlanarsa məğlub elan edilir .
  5. Hər iki robot 3 dəqiqədən sonra hələ də rinqdədirsə, oyun heç-heçə ilə başa çatır .
  6. Robotlar hərəkətə başladıqdan sonra transformasiyaya uğraya bilər (hər hansı bir mexanizm ilə formasını dəyişə bilər)
  7. Rəqibə və ya tamaşaçılara zərər verə biləcək hər hansı bir vasitə, habelə rəqibin narahatlığı üçün avadanlıqlar qəti qadağandır (məsələn, toplar, mancınaqlar, zəncir mişarları, kəsici təkərlər, korlayıcı qurğular və s.)
  8. Robotu yerə bağlayan hər hansı vasitələr qadağandır (məsələn, yapışqan, vakumlu yapışqanlar, və s.)
  9. Komandada maksimum 3 şagird ola bilər. Komandadakı bütün şagirdlərin yaşları 7-12 və ya 13-17 yaş kateqoriyasına daxil olmalıdır. 
Qeyd: Lego Sumo yarışı nümunələri üçün internetdə axtarış motorlarında “Lego Sumo” yazmağınız kifayətdir.
 
 
Lego Line follower (7-12 yaş) (13-17 yaş)

Haqqında:
Lego Line follower Lego Mindstorms (NXT və ya EV3) dəstlərininin köməyi ilə hazırlanan və müəyyən səth üzərində fərqli rəngli olan xətti izləyən robotdur. Başlanğıc nöqtədən işə düşən robot xətti tam izləyərək bitiş nöqtəsinə doğru irəliləyir. Robotların xətti izləmə müddətləri yarış hakimləri tərəfindən qeydə alınır və nəticələr bu verilənlərə əsasən hesablanır. Əsas məqsəd ən qısa zamanda trayektoriyanı tamamlamaqdır.

Arena:
Yarış ərazisi ağ rəngdə səth və üzərində tünd rəngli (qara) xətdən ibarətdir.
Xəttin eni 2-2.5 sm olacaq. İzləniləcək xəttin trayektoriyası və uzunluğu 
yarış günü elan olunacaq. Ona görə də siz robotunuzu hazırlayarkən 
sizinlə paylaşılan nümunə xəritəni əsas götürməyin!
 

Robotlara qoyulan məhdudiyyətlər:
Hündürlüyü: Limitsiz
Eni: 30 sm
Uzunluğu: 30 sm
Çəkisi: 3000 qr
Brick (beyin) sayı: 1 ədəd
Hərəkət növü: Avtonom (kənardan idarə edilə bilməz)
Başlama müddəti: Başla əmrində dərhal  sonra hərəkətə başlaya bilər
Detallar: Yalnız Lego Mindstorms (NXT və ya EV3)–rəsmi (original) detalları istifadə edilə bilər
 
Qaydalar: 
  1. Yarışma müddəti hakimin başlama siqnalı verməsi ilə başlayır və robotun finiş xəttini keçməsi ilə bitir. Robotun ön hissəsi finiş xəttinə çatdığı zaman yarış bitmiş sayılır.
  2. Robotun xətt üzrə trayektoryanı tamamlama müddəti hakim tərəfindən saniyəölçənlə ölçülür.
  3. Robotun xətt üzrə trayektoryaya daxil olduqdan sonra xətt üzərində hərəkəti tam avtonom olmalıdır əks halda yarışdan kənarlaşdırılır.
  4. Trayektoriyadan çıxan robot, hakim tərəfindən çıxdığı yerə yenidən qaytarılır. Bu hal bütün xətt boyunca 3 dəfədən çox təkrarlanarsa robot həmin raunddan uzaqlaşdırılır.
  5. Yarışdan əvvəl robotlarınızı yoxlamaq üçün şərait yaradılacaq.
  6. Komandada maksimum 3 şagird ola bilər. Komandadakı bütün şagirdlərin yaşları 7-12 və ya 13-17 yaş kateqoriyasına daxil olmalıdır. 
Qeyd: Lego Line follower yarışı nümunələri üçün internetdə axtarış motorlarında “Lego Line follower” yazmağınız kifayətdir.
 

VEX Go challenge (7-10 yaş)

Haqqında:

VEX Go dəstləri ilə qurulan robotun məqsədi 2 dəqiqə ərzində sahədə yerləşdirilmiş kublardan maksimal sayda kubu hədəf nöqtəsinə çatdırmaqdır. Burada iki komanda eyni zamanda sahədə öz performanslarını göstərir və xalları toplanaraq nəticə hər iki komandanın hesabına yazılır. 

Arena:

Xəritədə hər iki komandanın başlanğıc nöqtəsi verilmişdir. Robotlar kubları başlanğıc nöqtəsinə gətirməlidir. Arenada yerləşdirilən kublar yarış hakimi tərəfindən verilmiş nöqtələrə paylanır.

 

Kubların tərəflərinun uzunluğu 76.2mm, rəngləri isə göy, qırmızı və yaşıldır.

 

Qaydalar:
1. Yarış 2 hissədən ibarətdir: 1) Uzaqdan idarə edilən (remote)        2) Avtonom (proqramla)
2. Hər raund 2 dəqiqə nəzərdə tutulub.
3. Yarışma müddəti hakimin başlama siqnalı verməsi ilə başlayır və hər komandadan bir şagird robotu idarə etməyə çalışır. 1 dəqiqədən sonra hakimin xəbərdarlığı ilə idarə hüququ komandanın digər üzvünə ötürülür. Hakim müddətin bitməsini elan etdikdən sonra robotun etdiyi heç bir əməliyyat nəzərə alınmır.
4. Götürülən kublar hər komandanın başladığı nöqtəyə daşınmalıdır.
5. Hədəf nöqtəsinə gətirilən hər kub 10 xal hesablanır. 
6. Gətirilən kub hədəf nöqtəsini sahədən ayıran xəttə toxunmamalıdır. 
7. Hər iki komandanın nəticəsi toplanaraq hər birinə aid edilir.
8. Yarış bir neçə raunddan ibarət olacaq. 
9. Uzaqdan idarə mərhələsində robotlar planşetlər vasitəsilə idarə edilir. 
10. Komanda maksimum 3 şagirddən ibarət ola bilər. 
11. Yarışa qoşulmaq üçün tələb olunan yaş kateqoriyası 7-10 -dur
 
 
Robotlara qoyulan məhdudiyyətlər:
Hündürlüyü Limitsiz
Eni 30 sm
Uzunluğu 30 sm
Çəkisi 2000 qr
Brain (beyin) sayı 1 ədəd
Hərəkət növü Remote (kənardan idarə edilən)
Başlama müddəti Başla əmrində dərhal  sonra hərəkətə başlaya bilər
Detallar Yalnız VEX Go–rəsmi (original) detalları istifadə edilə bilər
 
 
VEX IQ challenge (7-10 yaş)

Haqqında:
VEX IQ Challenge 2022-ci ilin mövzusu “Pitching in” seçilmişdir. Müxtəlif ölkələrdə keçirilən lokal turnirlərdən sonra qaliblər ABŞ-ın Texas ştatında Dünya finalında qarşılaşırlar. Ölkəmizdə ilk dəfə bu turnirə ev sahibliyini stemart.az edir və qaliblər Dünya finalına vəsiqə qazanacaqlar. 

Yarış haqqında detallı məlumatı keçidə daxil olaraq öyrənə bilərsiniz:
Keçid 1: https://www.vexrobotics.com/iq/competition/viqc-current-game
Keçid 2: https://youtu.be/MJkPMnom7aU

Qeydiyyat keçidi: https://forms.gle/zmJ2ZSdEfQVWwiUz8