Tədbirlər

Detal Səhifə

Türkiyədə robotika üzrə bootcamp

28.12.2021
Hörmətli valideyn,
 
Övladınıza heç bir zaman unutmayacağı yeni il hədiyyəsi axtarışındasınız? Sizə maraqlı təklifimiz var!
 
25 – 30 yanvar tarixlərində (qış tətilində) Türkiyədə “VEX Robotika BootCamp”-ı təşkil edirik. Beləliklə həm tətili faydalı dəyərləndirə, həm də aşağıdakı imkanları əldə edə bilərsiniz:
 
  • Türkiyəli mütəxəssislərlə robotika dərsləri (“VEX IQ World Challenge”-na hazırlıq)
  • Əyləncəli komanda fəaliyyətləri
  • İstanbulun məşhur turistik yerlərinə gəzinti
  • Tanınmış ticarət mərkəzlərində alış-veriş imkanı
  • Universitet həyatı ilə yaxından tanışlıq
 
Tədbir, VEX robotika Azərbaycan rəsmi nümayəndəliyi olan “STEMART” və Türkiyə rəsmi nümayəndəliyi “EDUCAT HUB” tərəfindən “İstanbul Maltepe Universiteti”nin şəhərciyində yerləşən Marma Hotel İstanbul Asia-da (5 ulduzlu otel) planlaşdırılır.
 
“BootCamp”-da iştirak məbləğini 3 paket şəklində sizə təqdim edirik:
Qiymətə daxildir:
  • 5 gün 5 ulduzlu oteldə gecələmə
  • 3 dəfə qidalanma
  • hava limanından transfer
  • əyləncəli fəaliyyətlər
  • maraqlı gəzintilər 
  • 32 saat robotika dərsi
Yuxarıda göstərilənlər daxil:
1 nəfərlik otaq: 1300 AZN
2 nəfərlik otaq: 990 AZN
3 nəfərlik otaq: 890 AZN
 
Aviabiletlər təklif olunan qiymətə daxil deyil, əlavə olaraq ödəniləcək. Aviabiletlərin qiyməti 400-600 AZN arasında bir məbləğ olacağı gözlənilir. 
 
Qeyd: Dərslər şagirdlərin robotika üzrə bilik və bacarıqları dəyərləndirilərək müxtəlif qruplarda tədris olunacaq:
  • Yeni başlayanlar üçün sadədən mürəkkəbə doğru müxtəlif mövzular tədris ediləcək və daha sonra yarışa hazırlıq dərsləri keçiriləcəkdir. 
  • Təcrübəli olan şagirdlər üçün isə birbaşa yarışa hazırlıq dərsləri təşkil ediləcəkdir.
Qeyd:  Pandemiya ilə bağlı aviadaşıyıcıların, ölkələrin müxtəlif tələbləri var və bunlar dəyişə bilir. Yaranacaq yeni situasiyaya uyğun səfərin qiymətinin, tarixinin və istiqamətinin dəyişməsi və ya ləğv edilməsi halları baş verdikdə, ödənilən məbləğin hansı hissəsinin geri qaytarılması aviaşirkət, otel və tədbir təşkilatçısından asılı olacaqdır.
 
Hər hansı sualınız və ya müraciətiniz olarsa aşağıda verilmiş mobil nömrə və ya elektron poçt vasitəsilə əlaqə saxlamağınızı xahiş edirik.
Mob: (050) 784 40 83
 
Hörmətlə,
STEMART-ın akademik direktoru
Kamran Əsgərov