Tədbirlər

Detal Səhifə

Online Kurslar

STEMART 15 aprel tarixindən etibarən 13-16 yaşlı şagirdlər üçün nəzərdə tutulan online STEM kurslarının tədrisinə başlayır. Dərslər sinxron (canlı) və asinxron (video dərslər) formada aparılacaq. Dərslərin gedişi zamanı şagirdlərin inkişafı izlənilərək valideynə ətraflı raport veriləcək. İlk dərsimiz sınaq xarakterlidir və ödənişsizdir.

Kursa 3 modula bölünür. Hər modul 1 ay davam edir və daxildir:

  • 8 sinxron (canlı) formada dərs.
  • 8 video dərs və layihələr(tapşırıqlar)
  • Layihə və tapşırıqların qiymətləndirilməsi və əks əlaqələrin verilməsi
  • Fərdi görüş (1 dəfə)
  • Yekun qiymətləndirmə raportu (hər modulun sonunda)
  • Bitirmə sertifikatı (digital və çap formatda)

Hər bir modulun qiyməti 30 AZN-dir.

Digital art (Rəqəmsal İncəsənət) (13-16 yaş)

Kursda şagirdlərə rəqəmsal incəsənətin əsaslarını hesab edilən Adobe Photoshop alətlərilə iş, “Cartoonistic” dizayn növündə personajlar, obyektlər və.s hazırlanması texnologiyaları tədris ediləcək.

  • Dərs 1
  1. Ümumi məlumat
  2. Alətlərlə tanışlıq
  3. Sadə bir qrafik hazırlamaq
  • Dərs 2
  1. Bir personajın kənar xətlərinin hazırlanması
  2. Cizgi filimlərdəki kimi personajları necə yaratmaq olar?
  3. Hissələr necə ayrılmalıdır?
  4. Qatlarla iş
  • Dərs 3
  1. Personajın hazırlanması
  • Dərs 4
  1. Əvvəl hazırlanan personajın rəngləndirilməsi
  2. Kölgə texnologiyaları
  3. Rəngləndirmənin incəlikləri
  4. Parlaqlıq efektləri
  • Dərs 5
  1. Öyrənilən biliklərlə yeni mürəkkəb personajın hazırlanması
  • Dərs 6
  1. Öyrənilən biliklərlə avtomobil qrafikinin hazırlanması
  • Dərs 7
  1. Arxa fonda yerləşən obyetlərin hazırlanması, rəngləndirilməsi, kölgələndirilməsi
  2. Çiçək
  3. Ot
  4. Bulud
  • Dərs 8
  1. Hazırlanan obyektlərin və personajların bir səhnədə toplanması
  2. Son mənzərənin alınması

Virtual Robotics (13-16 yaş)

       Robotika ilə maraqlanan və proqramlaşdırmaya həvəsi olan 12-16 yaşlı şagirdləri əhatə edən bu kursda virtual üsulla aşağıdakı mövzular tədris ediləcək:

  • Dərs 1
  1. Robotika və proqramlaşdırma ilə tanışlıq
  2. Virtual olaraq necə öyrənə bilərik?
  3. Detallar olmadan robotika necə öyrənilə bilər?
  4. Detallarla tanışlıq
  • Dərs 2
  1. Giriş – çıxış qurğuları haqqında ətraflı məlumat
  2. Sensorlar və onların iş prinsipi
  3. Motor, təkər və şin növləri
  4. Gedilən məsafənin hesablanma qaydası
  • Dərs 3
  1. Drivetrain necə hazırlanır?
  2. Virtual formada drivetraini hərəkət etdirmək
  3. Hərəkət (Move) əmrlər qrupu komandaları
  4. Sadə tapşırıqları həll etmək üçün proqramların hazırlanması
  • Dərs 4
  1. Dövrlər(loops)
  2. Sayı məlum olan dövrlər
  3. Sonsuz dövrlər
  4. Dövrün sayı məlum olmayan dövrlər
  • Dərs 5
  1. Budaqlanan alqoritm və növləri haqqında
  2. Natamam budaqlanma – if
  3. Tam budaqlanma – if – else
  4. Wait – until
  • Dərs 6
  1. Sensing əmrlər qrupu
  2. Riyazi və məntiqi operatorlar
  3. Təsadüfi (random) seçilmiş elementlər
  4. Yuvarlaqlaşdırma
  • Dərs 7
  1. Dəyişənlər və onların yaradılma qaydası
  2. Dəyişənlərin tətbiqi
  3. Set və change metodları
  4. Yazılan proqramlarda comment istifadəsi
  • Dərs 8
  1. Virutal VEX platforması üzərində nisbətən çətin tapşırıqların icrası